09 
Dek
2020
16:40
472

Kobaxidze: "Qiorqi Qaxaria Baş nazir postuna namizəd olacaq"

"Qiorqi Qaxaria Baş nazir postuna namizəd olacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcü Arzusunun icra katibi İrakli Kobaxidze deyib.

İrakli Kobaxidzenin bu gün keçirdiyi mətbuat konfransında bildirdiyinə görə, Qiorqi Qaxaria onuncu çağırış parlamenti toplanılan kimi rəsmi olaraq Baş nazirliyə namizəd göstəriləcək.

“Bunu elan etməyimizdən çox vaxt keçdi. Hökumətin tərkibi Baş nazirin qərarıdır və biz onun mövqeyini gözləməliyik, amma təbii ki, bu məsələ ilə bağlı tərəflərin məsləhətləşmələri olacaq",- dedi Kobaxidze.

Onuncu çağırış parlamenti icra hakimiyyətinə etimad göstərməli olacaq. Konstitusiyaya görə, yeni seçilmiş parlament tam səlahiyyətləri qazanan kimi hökumət parlamentdən əvvəl vəzifəsini tərk edir və yeni baş nazir təyin olunana qədər fəaliyyətini davam etdirir.

Bizimlə əlaqə saxlayın