09 
Dek
2020
15:08
952

Milli Bankın prezidenti kreditlərin təxirə salınması haqda danışdı

"Təxirə salınmanın ilk mərhələsində, ümumi borcun 50%-dən çoxu təxirə salınıb".

InterPress.ge xəbər verir ki, bu barədə Milli Bankın prezidenti Koba Qvenetadze kreditlərin təxirə salınması məsələsindən danışarkən bildirib.

"Əsasən mart və aprel aylarında baş verən ilk kredit təxirə salınması dalğası dövründə banklar öz istəyi daxilində bütün kredit ödəyicilərinin kreditlərini təxirə saldı. Həm ödəniləcək faizlər, həm də əsas borc təxirə salındı. Nəticədə, ilk mərhələdə borcların 50%-dən çoxu təxirə salındı. Təxirə salınma həm əsas borcun, həm də faiz dərəcələrinin həmin dövrdə dayandırıldığını nəzərdə tutur.

Təxirə salınmaların ikinci dalğasına gəlincə, iyul-avqust aylarında banklar işlərini itirən və ya müxtəlif səbəblərdən gəlirləri azalan və bu təxirə salınmaya ehtiyac duyan kredit ödəyicilərinin kreditlərini təxirə saldı. Təxirə salınmaların ikinci mərhələsində borcların 25%-dən çoxu təxirə salındı.

Vaxtı keçmiş kreditlərin sayı cari dövrdə yüksək deyil, 2,5%-dir, çünki banklar yenidən qurma işləri aparır, yəni ödəyiciyini imkanlarını nəzərə alaraq ödəmə cədvəlini dəyişdirir. Nəticədə yenidən qurulan kredit faiz dərəcəsi oktyabr ayına qədər 11,6%-ə yüksəldi.

Neqativ kreditlərə gəldikdə, təbii ki, onun payı gələcək iqtisadi vəziyyətdən asılıdır. Mövcud məlumatlara görə, problemli kreditlərin payı 7,6%-dir. Bugünkü nöqteyi-nəzərdən mənfi kreditlərin payının yüzdə 10-a çatacağına inanırıq", - deyə Koba Qvenetadze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər