09 
Dek
2020
11:52
456

Son 24 saat ərzində koronavirusla mübarizə fonunda 901 qayda pozuntusu aşkar edilmişdir

Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin əməkdaşları, ölkədəki koronavirusun yayılmasının qarşısını almaq üçün bütün qanun pozuntularına dərhal cavab verir.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir.

Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən aparılan monitorinq nəticəsində ölkə daxilində son 24 saat ərzində qüvvədə olan qaydaların 901 pozulması faktı aşkarlanıb.

Polis İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən 70 şəxsi cərimələyib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cərimələnənlər arasında saat 21: 00-dan 05: 00-dək hərəkət məhdudiyyətini pozan vətəndaşlar da var.

Bundan əlavə, 831 nəfər 24 saat ərzində maska taxma qaydasını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən cərimələnib.

“Daxili İşlər Nazirliyi vətəndaşları tətbiq olunan məhdudiyyətlərə riayət etməyə çağırmağa davam edir, əks təqdirdə qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərdən istifadə ediləcəkdir.

Gürcüstan ərazisindəki bütün şəxslər, Gürcüstanın xalq sağlamlığı sahəsində qanunvericiliyinin tələblərinə əməl etməyə borcludurlar. Daxili İşlər Nazirliyi, vətəndaşları yüksək ictimai məsuliyyət göstərməyə və mövcud qaydalara tabe olmağa çağırır ”,- deyə bildirilir məlumatda.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər