1 USD = 3.304 GEL 1 1 EUR = 4.023 GEL 1 AZN = 1.945 GEL 1 TRY = 0.447 GEL 1 RUB = 4.412 GEL
09 
Dek
2020
11:42
187

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çin istiqamətinə ilk ixrac qatarı keçdi

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çin istiqamətinə yük nəqliyyatı ilk dəfə həyata keçirildi. Dekabrın-də qatar Gürcüstana daxil oldu, hansı ki, Türkiyənin İstanbul şəhərindən 4 dekabrda çıxmışdı.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın İqtisadiyyat və Stabil inkişaf Nazirliyi yayır.

Nazirliyin məlumatına görə, Çinin Sian əyalətinə doğru gedən qatar 8,693 kilometrlik yolu 12 gündə keçəcək.

“Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu Avropa və Asyası birləşdirən dəhlizin locistik hissəsidir. Bu dəmir yolu xətti test rejimində 2017-ci ildən işləyir.

Gürcüstandan keçən dəmir yolu xətti sadəcə coğrafi üstünlüyü ilə deyil, inkişaf etmiş infrastrukturu və institusiya sistemi ilə də fərqlənir.

Bununla yanaşı, ölkə daxilində mövcud olan nəqliyyat sistemlərinin (onların arasında limanların) rəqəmsallaşdırılması məsələləri ilə bağlı müzakirə aparılır.

Qeyd olunan layihələr Gürcüstandan keçən nəqliyyat dəhlizlərinin rəqabət-qabiliyyətliliyinin artırılması məqsədi ilə çox önəmlidir” – deyil Nazirliyin məlumatında.

Bizimlə əlaqə saxlayın