09 
Dek
2020
11:01
697

Gürcüstanda koronavirusa yoluxma sayı artdı - STATİSTİKA

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 4,734 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 174.383 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 3.895 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 145.287 nəfər təşkil edib.

Qeyd edək ki, koronavirus səbəbi daha 38 nəfər ölüb və ölənlərin ümumi sayı 1614 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın