09 
Dek
2020
10:50
588

Zaxaşvili: "Normal həyata dərhal qayıtmaq mümkün deyil"

"Normal həyata dərhal qayıtmaq mümkün deyil".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Xatuna Zaxaşvili "Azad Görüş" proqramında deyib.

“Ölkədə peyvəndləmə prosesi başlayacaqsa da, bir müddət yenə qəbul edilmiş vərdiş və qaydalara uyğun yaşamaq məcburiyyətindəyik, distansiya, maska və gigiyenanı qorumaq. Əminəm ki, peyvəndləmə prosesi tədricən genişlənərək əhalimizin daha geniş kütləsini əhatə edəcəkdir. Daha çox insan bu xəstəlikdən immunizasiya yolu ilə qorunacaq, lakin bunun dərhal təsiri olmayacaq və bir az vaxt lazım olacaq",- dedi Zaxaşvili.

Xatuna Zaxaşvili uşaqlara və kəskin xəstəlikləri olanlara peyvənd edilmədiyini söyləyib.

Qiorqi Qvimradzenin Kovid 19 dərmanının yaradılmasını və təsdiqlənməsini nə vaxt gözləyə biləcəyimiz sualına Zaxaşvili, bu irəliləyişin çox güman ki, çox yaxın olduğunu söyləyib.

"Ən təsirli yol xəstələnməməkdir və bu səbəbdən də dünyanın peyvənd yaratma səyi buna yönəlmişdi. Çünki bu, bir çox insanı xilas edəcək ən ucuz və ən sərfəli hərəkətdir. Dərmanlar həmişə daha bahalı olsa da, yalnız müəyyən, kiçik bir hissəyə yönəlmiş bir qurtuluş vasitəsidir. Əminəm ki, peyvəndlər geniş satışa təqdim olunduqdan sonra bəşəriyyət dərmanların icadında, sınaqdan keçirilməsində və tətbiq olunmasında daha çox iştirak edəcək",- dedi Zaxaşvili.

Xəstəliklərə Nəzarət Mərkəzinin Yoluxucu Xəstəliklər şöbəsinin müdiri vətəndaşları diqqətli olmağa çağırıb.

“Hər kəs bu xəstəliyə qarşı yeganə olan tövsiyələrə əməl etməlidir. Unutmayın ki, yalnız bu qaydalara riayət etməklə özümüzə, ailə üzvlərimizə və ətrafımızdakılara qayğı göstərəcəyik. Gəlin bir-birimizin qeydinə qalaq!",- dedi Xatuna Zaxaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər