Vaşadze: “Erkən seçkilərlə əlaqədar irəliləyiş yoxdur”
“Erkən seçkilərlə əlaqədar bir irəliləyiş yoxdur”.
InterPress.ge xəbər verir ki, bu barədə "Strategiya Ağmaşenebelinin” lideri Qiorqi Vaşadze hökumətlə danışıqların dördüncü turunun bitməsindən sonra deyib.
O, müzakirələrdə danışıqlar və siyasi məhbuslar məsələsi ilə yanaşı, seçki sisteminin islahatı, parlament və özünüidarə seçkilər sistemi ilə bağlı məsələlərin də olduğunu qeyd edib.
“Bəzi məsələlər var, hələ də erkən seçki məsələsi, siyasi məhbus məsələsi var. Yeniliklər həm parlament seçki sistemi, həm özünüidarəetmə seçki sistemi, həm də seçki islahatı ilə əlaqəlidir, baxmayaraq ki, bu mövzularda tam razılığa gəlinmədiyi üçün moderatorlar mövqeləri yaxınlaşdırmaq üçün əllərindən gələni edirlər. Əsas odur ki, proses davam edir, bu prosesin bizi haraya qədər aparacağını bilmirəm, amma Strategiya Ağmaşenebeli komandası sona qədər prosesdə iştirak etməyə hazırdır",- deyə Qiorqi Vaşadze söyləyib.
O, parlamentə daxil olmaq məsələsinə bir daha aydınlıq gətirərək, partiyasının qərarına sadiq qaldığını qeyd edib.
“Parlamentə giriş barədə Strategiya Ağmaşenebeli razılaşma olmadan girməyəcək. Ümid edirəm ki, razılaşma olacaq, əgər razılaşma olmayacaqsa nə edə bilərik?! Açıq şəkildə deyə biləcəyim şey budur ki, söhbət parlament seçki sistemi ilə yanaşı özünüidarə seçki sistemindən və seçki islahatlarından gedir. Növbədənkənar seçkilərlə əlaqədar bir irəliləyiş yoxdur",- dedi Vaşadze.


