08 
Dek
2020
19:01
978

Baş nazir növbəti görüş keçirdi - nələr müzakirə olundu?

Gürcüstanda epidemioloji vəziyyətin nəzərə alınması ilə, baş nazir Qiorqi Qaxaria Səhiyyə Naziri Ekaterine Tikaradze ilə bərabər, Kovid-19-un idarəedilməsi prosesi ilə bağlı klinikaların rəhbərləri ilə görüşlərə davam edir.

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayır.

Məlumata görə, klinik mehmanxanaların dafa effektiv şəkildə istifadəsi hissəsində, terapiya elementlərinin gücləndirilməsi və reanimasiya yataqları fondunun səfərbər edilməsi kimi məsələlər dövlət başçısının klinika rəhbərləri ilə müzakirə etdiyi mövzular idi.

Əsas diqqət hospital sektorun doldurulmasının prevensiyasına yetirildi ki, xüsusi tibbi servislərlə müalicəyə ehtiyacı olan insanlar klinikalardan kənarda qalmasınlar.

Klinika rəhbərləri qeyd etdilər ki, daha əvvəlki görüşdə səsləndirilən plana müvafiq olaraq, əlavə çarpayılar boşaldıldı və terapiya və reanimasiya istiqamətində işlər fəal şəkildə davam edir.

Klinika rəhbərlərinin dəyərləndirilməsi ilə, Gürcüstan bu mərhələdə effektiv idarəetmə baxımından Avropanın inkişaf etmiş ölkələrindən geri qalmır.

Baş nazir isə, öz növbəsidə tibb işçilərinə təşəkkür edib.

Görüşdə qeyd olundu ki, mövcud olan ağır epidemioloji vəziyyətə baxmayaraq, ölkədə vəziyyət nazərətə tabedir.

Həkimlərin dediyinə görə, hazırda əsas diqqət ağır vəziyyətdə olan pasientlərə yetirilir.

Bizimlə əlaqə saxlayın