08 
Dek
2020
17:06
671

Səhiyyə naziri həkim defisiti ilə bağlı açıqlama verdi

"Gürcüstanda həkimlərin defisiti pandemiyaya qədər də var idi".

InterPress.ge xəbər verir, bu barədə Səhiyyə naziri, Ekaterine Tikaradze həkimlərin defisiti barəsində jurnalistin sualına cavab olaraq qeyd edib.

Onun dediyinə görə, ölkədə həkimlərin defisitini səhiyyə sistemi nə altı aya və nə də bir ilə dəf edə bilməz, çünki onların hazırlanmasına bir neçə il lazımdır.

“Gürcüstanda həkimlərin defisiti pandemiyaya qədər də var idi. Bu defisi biz nə altı aya və nə də bir ilə dəf edə bilmərik. Çünki onların hazırlanmasına bir neçə il lazımdır. Ən azından 5-dən 12 ilə qədər nəzərdə tutulmalıdır. Çox təəssüflənirəm ki, sıralarımızdan qəhraman həkimlər azalır. Biz hər bir tədbirlərə müraciət edirik ki, necə yerində, eləcə də Səhiyə Nazirliyi tərəfindən hər cürşərait yaradılsın ki, həkimlərin minimal olaraq zərər çəkməsinin prevensial tədbirlər görülsün”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər