Mərkəz rəhbəri adi qripin və koronavirusun fərqindən danışdı
“Koronavirus və qrip virusu hər ikisi tənəffüs qrupuna addir, lakin bir-birindən fərqlidir”.
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.
Qamğrelidzenin dediyinə görə, koronavirusa yoluxan şəxs qrip virusuna da tutula bilər.
Bu səbəbdən Amiran Qamğrelidze diqqəti müdafiə tədbirlərinə yetirir və koronavirusa yoluxan insanın qripə qarşı sərbəst peyvənd edilə biləcəyini söyləyir.
“Qrip virusu fərqlidir, koronavirus tamamilə fərqlidir. Bu səbəbdən koronavirus keçirmiş insan qrip virusuna da məruz qala bilər, müdafiə tədbirləri lazımdır. Koronavirus infeksiyası keçirmiş insan qripə qarşı sərbəst aşılana bilər, peyvənd sizi koronavirusdan deyil, qripdən qoruyacaq",- dedi Amiran Qamğrelidze.


