08 
Dek
2020
12:40
340

Onuncu çağırış parlamentin ilk iclasını Salome Zurabişvili açacaq

Onuncu çağırış Parlamentinin ilk iclasını Gürcüstan prezidenti, Salome Zurabişvili açacaq.

InterPress.ge məlumat verir ki, ilk iclasın açılışından sonra, prezident sözü Parlamentin yaşlı üzvünə verəcək və o, sədrin seçilməsinə qədər iclasa rəhbərlik edəcək.

Parlamentin ilk iclası 11 dekabrda keçiriləcək. Gürcüstan prezidenti yeni seçilmiş Parlamentin ilk iclasının təyin olunması barəsində bu gün sərəncam verdi.

MSK-nın yekunlaşdırıcı protokoluna əsasən, onuncu çağırış Parlamentinə doqquz siyasi partiya düşüb. Buradan səkkizi müxalifət partiyasıdır və biri “Gürcü Arzusudur”. Parlamentdə 90 deputatı hakimiyyətin, müxalifətin isə, 60 deputatı olacaq.

Eyni zamanda qeyd edək ki, müxalif partiyalar Parlamentə daxil olmaqdan imtina edirlər və hakimiyyət qarşısında öz tələblərini irəli sürürlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər