08 
Dek
2020
11:46
609

Maska taxma qaydasını pozduqlarına görə 599 şəxs cərimələndi- - VİDEO

Ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün müvafiq bölmələrin əməkdaşları bütün qanun pozuntularına operativ reaksiya göstərirlər.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən aparılan monitorinq nəticəsində ölkə daxilində son 24 saat ərzində qüvvədə olan qaydaların pozulması ilə bağlı 705 hadisə aşkarlanıb.

"Polis İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən 106 şəxsi cərimələdi. Cərimələnənlər arasında axşam 9-dan səhər 5-ə qədər hərəkət məhdudiyyətini pozan vətəndaşlar da var.

Bundan əlavə, 24 saat ərzində maska taxma qaydasını pozduqlarına görə 599 şəxs İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən cərimələnib.

Daxili İşlər Nazirliyi vətəndaşları tətbiq olunan məhdudiyyətlərə riayət etməyə çağırmağa davam edir, əks halda qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər tətbiq ediləcəkdir. Gürcüstan ərazisindəki bütün şəxslər, xalqın sağlamlığı sahəsində Gürcüstan qanunvericiliyinin tələblərinə əməl etməyə borcludurlar.

Daxili İşlər Nazirliyi vətəndaşları yüksək ictimai məsuliyyət göstərməyə və mövcud qaydalara tabe olmağa çağırır.

Maska taxma qaydalarının pozulması Cinayət Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən inzibati məsuliyyət və 20 lari məbləğində cərimə ilə nəticələnir. Təcrid etmə və karantin qaydalarının pozulması, Cinayət Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən inzibati məsuliyyətə səbəb olur və fiziki şəxs üçün 2000 lari, hüquqi şəxs üçün 10.000 lari cərimə olunur. Təkrarlanan cərimələr cinayət məsuliyyətini nəzərdə tutur",- deyə bildirilib məlumatda.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər