Bu gün koronavirusa yoluxanlar Gürcüstanın bu bölgələrindəndir
“Tbilisidə -1729, İmeretidə- 673, Acarıstanda- 339 yeni koronavirus halı aşkar edildi”.
InterPress.ge xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahı Sədrinin müavini Berdia Sicinava, Hökumət İdarəsində keçirilən brifinqdə bildirib.
O, koronavirusla bağlı son statistikadan bəhs edib.
"İki ay davam edən intensiv testlər çərçivəsində son 24 saat ərzində 16 646 test keçirildi. Bunlardan 11 400 antigen və 5 246 PISAR testləridir. Nəticədə, bu günə olan məlumata görə, son 24 saat ərzində 4 673 yeni təsdiqlənmiş virus infeksiyası halı aşkar edilmişdir. Ölkədə Kovid-19 pandemiyasının başlandığı vaxtdan bəri aşkar edilmiş təsdiqlənmiş halların ümumi sayı 169 649-dur. Son 24 saat ərzində 3 893 nəfər sağaldı və sağalanların ümumi sayı 141 392-ə yüksəldi.
Bu gün aşkarlanan 4673 yeni infeksiya halıdan paytaxt və bölgələr üzrə göstəricilər belədir: Tbilisidə-1729, Acarıstanda- 339, İmeretidə- 673, Kvemo Kartlidə- 419, Şida Kartlidə - 354, Quriada- 126, Sameqrelo-Zemo Svanetidə- 388, Kaxetidə - 384, Mçxeta-Mtianetidə - 109, Samçxe-Cavaxetiyada - 111, Raca-Lexmumi və Kvemo Svanetidə - 41”,- dedi Berdia Sichinava.


