Bakradze: "Müxalifət və hökumət təmsilçilərinin növbəti iclası sabah keçiriləcək"
"Bəzi məsələlərdə mövqelər yaxınlaşdı, amma mövqelərin yaxınlaşa bilmədiyi bəzi əsas məsələlər də var".
InterPress.ge xəbər verir ki, bu barədə Avropalı Gürcüstan partiyasının lideri David Bakradze ABŞ səfirinin iqamətgahındakı görüşdən sonra deyib.
Onun sözlərinə görə, müxalifət və hökumət təmsilçilərinin növbəti iclası sabah keçiriləcək.
“Sizdən üzr istəməliyəm, çünki səfirlərin istəyi ilə bu günün təfərrüatları barədə danışa bilməyəcəyik. Sizə deyə bilərəm ki, mövqelərin yaxınlaşdığı bəzi məsələlər var idi, amma mövqelərin yaxınlaşa bilmədiyi bir neçə əsas məsələ də var, buna görə proses davam edəcəkdir. Növbəti görüş sabah olacaq və sabahkı görüşdən sonra təfərrüatları ictimaiyyətə təqdim edə biləcəyik”,- dedi David Bakradze.


