Çətin meteoroloji şərtlər səbəbindən daxili əhəmiyyətli Zuqdidi-Jvari-Mestia-Lasdili magistral yolunun Km187-km198 (Uşquli-Lasdili) hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar İdarəsindən məlumat verilib.
Qar və buz səbəbiylə km148-km187 (Mülaxi-Uşquli) hissəsində qoşqu, yarımqoşquların, habelə 30 sərnişin yerindən çox olan avtobusların hərəkəti qadağandır. Digər növ nəqliyyat vasitələrinin hərəkətinə isə sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə icazə verilir.
Avtomobil yolunun km1-km148 (Zuqdidi-Mulaxi) hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.
