07 
Dek
2020
15:43
1037

Azyaşlıya qarşı əxlaqsızlıq edən şəxs saxlanıldı

DİN-in Siğnaği Bölməsinin Kaxeti Polis Şöbəsinin əməkdaşları, azyaşlıya qarşı əxlaqsız hərəkət etmək ittihamı ilə əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Z.B. saxlayıb.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bu barədə məlumat yayır.

Agentliyin verdiyi məlumata görə, istintaq spirtli içkili vəziyyətdə olan təqsirləndirilən şəxsin bu il dekabrın 6-da Siğnaği Bələdiyyəsinin kəndlərindən birində, qonşusunun evində yetkinlik yaşına çatmayan azyaşlıya qarşı əxlaqsızlıq etdiyini müəyyənləşdirib.

"Hadisə bildirilən anda istintaq başladıldı və polis cinayət törədildikdən bir neçə saat sonra şübhəlini həbs etdi. Saxlanılan şəxs günahını etiraf edir.

Yetkinlik yaşına çatmayan azyaşlıya qarşı törədilmiş zina faktı Gürcüstan Cinayət Məcəlləsinin 141-ci maddəsinin 2-ci hissəsinin “f” bəndinə əsasən araşdırılır.

Cinayət 8 ildən 12 ilədək həbs cəzasını nəzərdə tutur ”,- deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər