Mərkəz rəhbərindən yoluxmanın azalması ilə bağlı sevindirici açıqlama
"Əhalini bir daha təklifdən faydalanmağa və simptomlar olduğu təqdirdə sürətli antigen testindən keçməyə çağırıram".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.
Onun sözlərinə görə, testdən keçmək pulsuzdur. Eyni zamanda, Qamğrelidzenin qeyd etdiyinə görə, məhdudiyyətlərin uzadılması müddətində tövsiyələrə mümkün qədər əməl olunarsa, infeksiya hallarının sayı ayın sonuna qədər yarıya enə bilər.
"Həftə sonları da daxil olmaqla bütün poliklinikalarda, ambulator müayinənin mümükün olduğu müəssisələrdə axın nisbəti az idi. Buna görə, məhdudiyyətlər şəraitində koronavirusun aşkarlanma göstəricisini mümkün qədər genişlətmək çox vacibdir. Hamımız bu üç həftə və daha çox müddət üçün müəyyən edilmiş tövsiyələrə əməl etsək, bu ayın sonuna qədər yeni yoluxmaların sayını həqiqətən yarıya endirmiş ola bilərik və ölkədə ciddi bir azalma tendensiyası yarada bilərik və aprel ayına qədər gündəlik nisbət 200 civarında ola bilər ki, bu da əhalinin sağlamlığı üçün çox vacib olacaqdır.
Buna görə də bir daha əhaliyə müraciət edirəm ki, ölkədə 200-dən çox yerdə, bütün xəstəxanalarda, bütün stasionar xəstələr üçün, həmçinin Tbilisidəki təxminən 42 ambulator müalicə müəssisəsi və Gürcüstan daxilində 150-dən çox tibb müəssisəsində sürətli antigen testləri mövcuddur. Həmçinin testin pulsuz olduğunu vurğulayıram.
İnsanlar simptomları varsa heç bir həkim təyin etmədən və ya həkimin göstərişi ilə test üçün müraciət edə bilərlər. Onlar pulsuz testdən keçirilməlidirlər, çünki dövlət tərəfindən maliyyələşdirilir”,-dedi Amiran Qamğrelidze.


