07 
Dek
2020
11:18
1014

Bu gün Gürcüstanda koronavirusa yoluxan 2 501 nəfərin haradan olduqları açıqlandı

“Son 24 saat ərzində təsdiqlənmiş 2 501 yeni virus halı aşkarlandı”.

InterPress.ge xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Rəisinin müavini Berdia Sicinava, Hökümət Administrasiyasında keçirdiyi brifinqdə bildirib.

O, koronavirusla bağlı son statistikadan bəhs edib.

“Bu günə olan məlumata görə, son 24 saat ərzində yeni təsdiqlənmiş 2 501 yoluxma halı aşkarlanıb. Ölkədə Kovid-19 pandemiyasının başlandığı vaxtdan bəri təsdiqlənmiş ümumi halların sayı 164 976-dır.

Son 24 saat ərzində 9 442 test aparılmışdır ki, bunlardan 4 360-ı antigen və 5,082 PISAR testləridir.

Son 24 saat ərzində 3 988 nəfər sağaldı və sağalanların ümumi sayı 137 499-a yüksəldi.

Təəssüf ki, son 24 saat ərzində koronavirusdan 36 yeni ölüm halı aşkarlandı. 26 Fevral 2020-ci ildən bəri cəmi 1 540 ölüm halı qeydə alınmışdır.

Bu gün aşkar edilən 2501 yeni infeksiya halından paytaxt və bölgələr üzrə göstəricilər belədir: 1060 - Tbilisidə, 337- Acarıstanda, 397- İmeretidə, 175- Kvemo Kartlidə, 108- Şida Kartlidə, 32- Quriada, Sameqrelo və Zemo Svanetidə -177, Kaxetidə - 80, Mçxeta-Mtianetidə - 90, Samçxe-Cavaxetiyada - 45, Raca-Leçxumi və Kvemo Svanetidə - 0”,- dedi Sicinava.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər