Tbilisidə, Çavçavadze prospektində patrul polisi piyadanı vurub.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğunun yaydığı məlumatda deyilir.
"İstintaq nəticəsində məlum olub ki, 5 dekabr tarixində Tbilisinin Çavçavadze prospektində, D.K.-nın idarə etdiyi patrul polisi maşını piyada E.S.- ni vurub. Yaralı şəxs klinikaya aparılıb. İstintaq və prosessual tədbirlər aparılacaq, bundan sonra iş üzrə müvafiq xülasə qərar veriləcək", - deyə prokurorluğun yaydığı məlumatda deyilir.
Qurumdan verilən məlumata görə, hadisə ilə bağlı 276-cı maddənin 2-ci hissəsi (sağlamlığa zərər vuran yol qəzası) ilə istintaq başlanılıb.
