05 
Mar
2020
12:13
425

Nazir müavini: "Gürcüstanla Azərbaycanın planlaşdırdığı yeni enerji layihəsi inkişaf mərhələsindədir"

"Gürcüstanla Azərbaycanın Qara dənizdə həyata keçirməyi planlaşdırdığı yeni enerji layihəsi ölkələrimizin Avropa enerji bazarına inteqrasiyasını sürətləndirə bilər".

InterPress.ge xəbər verir ki, bunu açıqlamasında Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin birinci müavini Ekaterine Mikabadze deyib.

O bildirib ki, layihə hazırda inkişaf mərhələsindədir: "Nazirin səfəri zamanı vurğuladığı bu layihə bütün region üçün önəmlidir. Ölkələrimizin Avropa ilə əlaqələrinin artırılması və iqtisadiyyatlarımızın qlobal iqtisadiyyata inteqrasiyası baxımından layihə vacib rol oynaya bilər. Bu, hər iki ölkənin hər bir vətəndaşı üçün mənfəətli ola bilər. Layihə hazırda inkişaf mərhələsindədir və indiki halda sadəcə plan şəklini daşıyır".

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərinin Bakıda keçirilən VI toplantısında iştirak məqsədi ilə Bakıda səfərdə olan Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava azərbaycanlı həmkarı Mikayıl Cabbarovla görüşü zamanı bildirib ki, Gürcüstan Azərbaycana Qara dənizin dibi ilə elektrik enerjisi kabeli çəkilməsini təklif edib.

Bizimlə əlaqə saxlayın