DİN son 24 saat ərzində qaydaların pozulmasının 991 faktını aşkar edib
Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin əməkdaşları ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün bütün qanun pozuntularına dərhal cavab verirlər.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.
“Hüquq-mühafizə orqanları tərəfindən aparılan monitorinqlər nəticəsində ölkə ərazisində son 24 saat ərzində qaydaların 991 pozulması faktı aşkarlanıb.
Polis İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən 87 şəxsi cərimələyib.
Cərimə olunanlar arasında 21: 00-dan 05: 00-dək hərəkət məhdudiyyətini pozan vətəndaşlar da var.
Bundan əlavə, 24 saat ərzində maska taxma qaydasını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndi ilə 904 şəxs cərimələnib.
Daxili İşlər Nazirliyi vətəndaşları tətbiq olunan məhdudiyyətlərə riayət etməyə çağırmağa davam edir, əks halda qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər tətbiq ediləcəkdir.
Gürcüstan ərazisindəki bütün şəxslər, xalqın sağlamlığı sahəsində Gürcüstan qanunvericiliyinin tələblərinə əməl etməyə borcludurlar. Daxili İşlər Nazirliyi vətəndaşları yüksək ictimai məsuliyyət göstərməyə və mövcud qaydalara tabe olmağa çağırır.
Maska taxma qaydasının pozulması Cinayət Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən inzibati məsuliyyət və 20 lari məbləğində cərimə ilə nəticələnir.
Təcrid etmə və karantin qaydalarının pozulması, Cinayət Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən inzibati məsuliyyətə səbəb olur və fiziki şəxs üçün 2000 lari, hüquqi şəxs üçün 10.000 lari cərimə olunur. Təkrar cərimələr cinayət məsuliyyətinə səbəb olur”,- deyə bildirilir Daxili İşlər Nazirliyindən.


