03 
Dek
2020
12:34
609

Polis son 24 saat ərzində 1000-dən çox vətəndaşı cərimələdi - VİDEO

Hüquq mühafizə orqanlarının apardıqları monitorinq nəticəsində son 24 saat ərzində ölkə ərazisində qüvvədə olan qaydaların 1055 pozulma halı aşkar edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirir.

Onların dediklərinə görə, polis 105 nəfərə İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən cərimə kəsib.

“Cərimə olunanlar arasında saat 21: 00-dan 05: 00-dək hərəkət məhdudiyyətini pozan vətəndaşlar da var.

Bundan əlavə, 24 saat ərzində maska taxma qaydasını pozduqlarına görə 950 nəfər İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən cərimələnib.

Daxili İşlər Nazirliyi vətəndaşları tətbiq olunan məhdudiyyətlərə riayət etməyə çağırmağa davam edir, əks halda qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər tətbiq ediləcəkdir.

Gürcüstan ərazisindəki bütün şəxslər, xalqın sağlamlığı sahəsində Gürcüstan qanunvericiliyinin tələblərinə əməl etməyə borcludurlar. Daxili İşlər Nazirliyi, vətəndaşları yüksək ictimai məsuliyyət göstərməyə və mövcud qaydalara tabe olmağa çağırı”,- deyə bildirilir DİN-də.

DİN bir daha maska taxma qaydalarının pozulmasının Cinayət Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən inzibati məsuliyyətə və 20 lari pul cəzasına səbəb olmasına aydınlıq gətirib. Təcrid və karantin qaydalarının pozulması, Cinayət Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən inzibati məsuliyyətə səbəb olur və fiziki şəxs üçün 2000 lari, hüquqi şəxs üçün 10.000 lari cərimə olunur. Təkrar cərimələr cinayət məsuliyyətinə səbəb olur.

"Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin əməkdaşları, ölkədə koronavirus virusunun yayılmasının qarşısını almaq üçün bütün qanun pozuntularına dərhal reaksiya verirlər", - deyə Daxili İşlər Nazirliyindən bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər