Bu gün Gürcüstanda koronavirusa yoluxan 4 260 nəfərin haradan olduqları açıqlandı
“Son 24 saat ərzində 4260 yeni təsdiqlənmiş virus halı aşkarlandı”.
InterPress.ge xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Rəis müavini Berdia Sicinava, Hökümət Administrasiyasında keçirdiyi brifinqdə deyib.
O, koronavirusla bağlı son statistikadan bəhs edib.
“Bu günə olan məlumata görə, son 24 saat ərzində 4260 yeni təsdiqlənmiş virus halı aşkar edilmişdir. Ölkədə Kovid-19 pandemiyasının başladığı vaxtdan bəri aşkar edilmiş təsdiqlənmiş halların ümumi sayı 147 636-dır.
Son 24 saat ərzində 2 947 nəfər sağaldı və sağalanların ümumi sayı 124 568 nəfərə çatdı.
Təəssüf ki, son 24 saat ərzində 45 yeni koronavirus ölümü halı mövcuddur. 26 fevral 2020-ci ildən bəri cəmi 1387 ölüm halı qeydə alınıb.
Bu gün aşkar edilən 4260 yeni infeksiya halından paytaxt və bölgələr üzrə göstəricilər belədir: Tbilisidə- 1 676, Acarıstanda-525, İmeretidə- 591, Kvemo Kartlidə- 351, Şida Kartlidə-294, Quria, Sameqrelo-Zemo Svanetidə- 274, Kaxetidə - 166, Mçxeta-Mtianetidə - 134, Samçxe-Cavaxetiyada - 88, Raca-Leçxumi və Kvemo Svanetidə - 30”,- dedi Sicinava.


