03 
Dek
2020
06:28
579

Mikroavtobus yük maşını ilə toqquşdu - 1 ölü

Lançxuti Bələdiyyəsinin Supsa kəndində mikroavtobusla yük maşını toqquşub.

InterPress.ge xəbər verir ki, qəza nəticəsində 1 nəfər vəfat edib.

İlkin məlumata görə, mikroavtobus sürücüsü sükanı çevirə bilməyib və qarşı zolağa keçib, bu zaman yük maşını ilə toqquşub.

Qəza nəticəsində mikroavtobus sürücüsü orta yaşlı kişi hadisə yerindəcə ölüb.

Mərhumun cəsədi ekspertizaya göndərilib.

Daxili İşlər Nazirliyindən bildirildiyinə görə, hadisə Cinayət Məcəlləsinin nəqliyyat vasitələrinin istismarı və yol hərəkəti qaydalarının pozulmasını, insan tələfatı ilə nəticələnən 276-cı maddənin altıncı hissəsi ilə araşdırılır.

Maddə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, üç ilədək müddətə vəzifə tutma və ya fəaliyyət göstərmək hüququndan məhrum etmə nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın