02 
Dek
2020
15:10
686

Bizneslə bağlı məhdudiyyətlər yenidən müzakirə olunacaqmı? - AÇIQLAMA

“Biznesmenlərlə bir çox çörüş keçirildi və onlara tətbiq olunan məhdudiyyətlərin məqsədi və əhəmiyəti açıqlandı”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze qeyd edib.

Nazirin dediyinə görə, biznesmenlərlə görüşlər yenə keçirilə bilər, ancaq tətbiq olunan məhdudiyyətlərin yenidən baxıması və yaxud dəyişdirilməsi bu mərhələdə müzakirə olunmur.

“Güzəştlərə gəlincə, bununla bağlı iqtisadi dəstə işləyir və hansı güzəştlərin təqdim edilmə imkanının olduğu biznes nümayəndələrinə izah edilir. Əlavə suallara iqtisadi dəstə və Səhiyyə Nazirliyi biznesmenlərlə görüş zamanı cavab verəcək.

Qərarların yenidən müzakirəsi olmayacaq, çünki onlar üzərinə aylarca işlənilib. Biz bilirik ki, bu məhdudiyyətlər bu gün Gürcüstan və əhali üçün təhlüksizlik baxımından çox vacibdir” – dedi Səhiyyə Naziri Ekaterine Tikaradze.

Bizimlə əlaqə saxlayın