02 
Dek
2020
12:30
751

Koronavirusla bağlı tətbiq olunan qaydaları pozan yüzlərlə şəxs cərimələndi

Son 24 saat ərzində Daxili İşlər Nazirliyi pandemiya səbəbindən tətbiq olunan 1028 məhdudiyyətin pozulması halını aşkar edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Məlumata görə, təcridetmə və ya karantin qaydalarını pozduqlarına görə 83 nəfər, maska taxma qaydalarını pozduqları üçün 945 nəfər cərimələnib. Bundan əlavə, cərimələnənlər arasında axşam 9-dan səhər 5-ə qədər hərəkəti məhdudluğu qaydalarını pozan vətəndaşlar da var.

“Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin əməkdaşları ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün bütün qanun pozuntularına dərhal cavab verirlər.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan monitorinqlər nəticəsində son 24 saat ərzində ölkə daxilində qüvvədə olan məhdudiyyətlər daxilində 1028 pozuntu hadisəsi aşkar edilmişdir.

Polis İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə (təcrid etmə və ya karantin qaydalarını pozma) görə 83 şəxsi cərimələdi. Cərimə olunanlar arasında axşam 9-dan səhər 5-ə qədər hərəkət məhdudiyyətini pozan vətəndaşlar da var. Bundan əlavə, 24 saat ərzində maska taxma qaydasını pozduqlarına görə 945 nəfər İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən cərimələnib.

Daxili İşlər Nazirliyi vətəndaşları tətbiq olunan məhdudiyyətlərə riayət etməyə çağırır, əks halda qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər tətbiq ediləcəkdir.

Gürcüstan ərazisindəki bütün şəxslər, xalqın sağlamlığı sahəsində Gürcüstan qanunvericiliyinin tələblərinə əməl etməyə borcludurlar. Daxili İşlər Nazirliyi vətəndaşları yüksək ictimai məsuliyyət göstərməyə və mövcud qaydalara tabe olmağa çağırır.

Maska taxma qaydasının pozulması, Cinayət Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən inzibati məsuliyyət və 20 lari pul cəzası ilə nəticələnir.

Təcrid etmə və karantin qaydalarının pozulması, Cinayət Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən inzibati məsuliyyətə səbəb olur və fiziki şəxs üçün 2000 lari, hüquqi şəxs üçün 10.000 lari cərimə olunur. Təkrarlanan cərimə cinayət məsuliyyətini nəzərdə tutur",-deyə bildirilir məlumatda.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər