Yeniyetməyə xəsarət yetirən şəxs saxlanıldı
Daxili İşlər Nazirliyinin Tbilisi Yeniyetmələr Şöbəsinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum edilmiş 1984-cü il təvəllüdlü Q.K. qəsdən sağlamlığa az ağır ziyan vurmaq və odlu silahların qanunsuz alqı-satqı-daşıma ittihamı ilə isti təqibdə saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
İstintaq, şübhəlinin, Tbilisi şəhərinin Kldiaşvili küçəsində 2004-cü il təvəllüdlü Q.Ç.-nin bədəninə xəsarət yetirdiyi və hadisə yerindən qaçdığını müəyyən edib.
Yeniyetmə təcili yardım briqadası tərəfindən xəstəxnaya aparılıb. Hal-hazırda həyatı və sağlamlığı üçün təhlükə yoxdur.
Eyni cinayət işində iştirak edə biləcək digər şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Gürcüstan Cinayət Məcəlləsinin 118-ci maddəsinin 3-cü hissəsinə, habelə 236-cı maddəsinin 3-cü və 4-cü hissələrinə əsasən sağlamlığa qəsdən xəsarət yetirmə və qanunsuz olaraq odlu silah alma, saxlama və daşıma faktı ilə bağlı araşdırma aparılır",- bildirilir məlumatda.
Cinayət 4 ildən 7 ilə qədər həbs cəzasını nəzərdə tutur.


