02 
Dek
2020
11:20
740

Bu gün Gürcüstanda koronavirusa yoluxanların haradan olduqları açıqlandı

“Tbilisidə-1705, Acarıstanda-402, İmeretidə-624 yeni koronavirus halı aşkar edildi”.

InterPress.ge xəbər verir ki, bu barədə idarələrarası Koordinasiya Şurasının Əməliyyat Rəis müavini Berdia Sicinava hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu mərhələdə Gürcüstanda 20 387 aktiv koronavirus halı var.

“Bu gün aşkar edilmiş 4033 yeni infeksiya halındann paytaxt və bölgələr üzrə göstəricilər belədir: Tbilisidə-1705, Acariyada- 402, İmeretidə- 624, Kvemo Kartlidə- 286, Şida Kartlidə- 281, Quriada- 84, Sameqrelo-Zemo Svanetidə -273, Kaxetidə -239, Mçxeta-Mtianetidə -62, Samçxe-Cavaxetidə -68, Raca-Leçxumi və Kvemo Svanetidə -9.

Hal-hazırki mərhələdə aktiv infeksiya halı 20 387-dir. Bunlardan 6407 nəfər xəstəxanalarda müalicə alır, o cümlədən Tbilisi xəstəxanalarında -2 806, Acarıstanda -999, İmeretidə -1 241”,- dedi Sicinava.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər