05 
Mar
2020
10:05
1075

Gürcüstanla Ermənistan arasında gediş-gəliş şəxsiyyət vəsiqəsi ilə mümkün olacaq

"Ermənistan və Gürcüstan vətəndaşları yaxın vaxtlarda şəxsiyyət vəsiqələrindən (İD kartla) istifadə edərək sərhədi keçə biləcəklər".

InterPress.ge xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında bildirib.

"Ermənistan və Gürcüstan arasında niyyət memorandumu imzalanıb. Vətəndaşlarımızın şəxsiyyət vəsiqələrindən istifadə edərək sərhədi keçməsinə icazə verməyi planlaşdırırıq. Biz bu razılaşmanı həyata keçirmək barədə razılığa gəlmişik" - Paşinyan qeyd etdi.

Paşinyan həmçinin Gürcüstanın Baş naziri Giorgi Gaxaria ilə görüşün məhsuldar olduğunu qeyd edib.

Xatırladaq ki, Paşinyan 3-4 mart tarixlərində Gürcüstanda rəsmi səfərdə idi.

Qeyd edək ki, hazırda Ukrayna və Türkiyə vətəndaşları Gürcüstana ID kartla daxil ola bilir.

Bizimlə əlaqə saxlayın