01 
Dek
2020
16:45
1243

Qardabaninin bu kəndlərində əhali təbii qazı endirimli tariflə alacaq

Qardabani Bələdiyyəsi kəndlərinin sakinləri - Muxranteleti, Zemo və Kvemo Teleti, Calasğuri, Axalcğali və Kumisi bu gündən etibarən təbii qazı endirimli tariflə alacaqlar.

InterPress.ge xəbər veri ki, məlumatı "Tbilisi Energy" yayır.

"Tbilisi Energy Gürcüstanda təbii qaz müştərilərinə ən aşağı tarif təklif edir. Qardabani kəndləri Tbilisi Energy abunəçisi olduqdan sonra təbii qaz istehlak tarifi endirildi. İndiyə qədər Muxranteleti, Zemo və Kvemo Teleti, Calasğuri, Axalcğali və Kumisi əhalisinə başqa bir özəl şirkət xidmət edirdi və təbii qaz tarifi 48,7460 tetri idi. Bu gündən etibarən Tbilisi Energy şirkətinin xidmətlərindən istifadə edirlər, təbii qaz tarifi endirildi və 46,1374 tetri oldu",- deyə şirkətdən bildirildi.

Bizimlə əlaqə saxlayın