Koronavirusla bağlı məhdudiyyətlər bu gün açıqlanacaq - Nələr gözlənilir?
Koronavirusla bağlı məhdudiyyətlər bu gün açıqlanacaq.
InterPress.ge xəbər verir ki, 28 Noyabrdan etibarən 24 dekabr tarixinədək qüvvədə olacaq məhdudiyyətlərin tətbiqindən danışılır. Dekabr ayının sonundan yanvar ayının əvvəlinə Milad-Yeni il səbəbiylə məhdudiyyətlərin qaldırılması planlaşdırılır, ancaq yanvar ayının əvvəlindən ölkə sərt tədbirlər rejiminə qayıdır.
Qeyri-rəsmi məlumatlara görə, onlayn alış-verişə icazə verilsə də, ərzaq mağazaları istisna olmaqla hər cür mağazanın fəaliyyətinin qadağan ediləcəyi gözlənilir. Məhdudiyyətlər ictimai nəqliyyatda da tətbiq olunur. Mövcud məlumatlara görə, güman ki, idman zalları qadağan ediləcək, lakin salonlar işləyəcək. Bundan əlavə, yayılan xəbərlərə görə, hərəkət məhdudiyyəti saat 21: 00-dan etibarən qüvvəyə minəcək.
Məlum olduğu kimi, son bir neçə gündə Baş nazir həm tibb sahəsində, həm də biznes nümayəndələri ilə əlaqədar qurumlarla məsləhətləşmələr apardı. İclaslarda ölkədəki epidemioloji vəziyyət səbəbindən tətbiq ediləcək əlavə məhdudiyyətlər müzakirə edildi.


