25-26 noyabr tarixlərində Gürcüstanın qərbində yağış yağacaq, dağlıq ərazilərdə isə qar yağacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Şərqi Gürcüstanın ayrı-ayrı bölgələrində yağış yağacağı, dağlarda isə qar yağacağı gözlənilir. Aran bölgələrində havanın temperaturu gün ərzində +6, +11 dərəcə olacaq.
Noyabrın 27-də Gürcüstanın qərbində temperatur nisbətən yüksələcək və +15 dərəcəyə qədər isti olacaq.
Tbilisidə hava yağmursuz keçəcək. Hava istiliyinin gecə 0, +2, gündüz +8, +10 dərəcə olacağı gözlənilir.
