23 
Nybr
2020
18:26
1645

Hökumət rəhbərliyində görüş sona çatdı - Hansı məhdudiyyətlər müzakirə olundu?

“Görüşdə gözlənilən tənzimləmələr barəsində söhbət edildi".

InterPress.ge xəbər verir ki, bu barədə Karvasla” ticarət mərkəzinin direktoru, Zurab Şavlağadze hökumət administrasiyasında biznes sahısinin nümayəndələri ilə keçirilən görüşdən sonra bildirib.

Zuraş Şavlağadzenin qeyd etdiyinə görə, iş saatları və günləri barəsində məhdudiyyətlər müzakirə olunur, lakin qərar hələlik qəbul olunmayıb.

“İş saatlarının, iş günlərinin məhdudlaşdırlması mümkündür. Qərar yaxın zamanlarda qəbul olunacaq. Bildiyim qədər, növbəti görüş bazarlar nümayəndələri ilə olacaq”, – “Karvaslanın direktoru qeyd etdi.

Bununla yanaşı, “İsi Parinin” direktoru, Maya Papalaşvilinin dediyinə görə, məhdudiyyətlərin sərtləşdirilməsi planlaşdırılır, lakin lokdaun (kilidləmə) elan edilməyəcək.

“Yeni məhdudiyyətlər, sərtləşdirmə planlaşdırılır. Lakin əsas odur ki, tam kilidləmə elan edilməyəcək. Düşünürük, birlikdə nahsısa konsesusa nail olacağıq. Bağlamaq haqqında hələlik heç bir qərar qəbul olunmayıb. Tamailə bütün sahə nümayəndələri ilə görüşürlər.

Söhbət iş saatlarının məhdudlaşdırlması, eləcə də iş günlərinin məhdudlaşdırlmasından gedir. Hələlik müzakirədir. Heç nə barəsində hələlik qərar qəbul olunmayıb. Qərarın qəbul olunması tarixini kimsə açıqlamayıb”, – “İsi Parinin” direktoru qeyd etdi.

Bizimlə əlaqə saxlayın