23 
Nybr
2020
12:24
731

Mikromaliyyə binasına hucum edən şəxs məhkəmədə anasına: “Uduzduğuma görə neçə dəfə ağlamısan, neçə ana belədir?”

“Uduzduğuma görə neçə dəfə ağlamısan, neçə ana belədir?”.

InterPress.ge xəbər verir ki, Cereteli prospektindəki mikromaliyyə təşkilatının təcavüzkarı Levan Zurabaşvili məhkəmədən əvvəl anasına bu sözlərlə müraciət edib. Təqsirləndirilən şəxs anasından məhkəmə iclasından əvvəl susmasını istəyib.

"Anan sağ olmasını istəyirsin hə?" – deyə anası bu sözlərlə Zurabaşviliyə müraciət edib.

“Heç kim səsini çıxartmasa sabah birisigün Gürcüstanımız olmayacaq. Uduzduğumuza görə neçə dəfə ağlamısan, neçə ana belədir?”,- dedi Zurabişvili.

Bu gün təqsirləndirilən Levan Zurabaşvilinin məhkəməsi ona qarşı həbs qətimkan tədbirini müzakirə etdikləri Tbilisi Şəhər Məhkəməsində davam edir.

Məlumat üçün bildirək ki, 31 yaşlı Levan Zurabaşvili, Cereteli prospektindəki mikromaliyyə təşkilatına girərək 19 nəfəri girov götürmüşdür. Təcavüzkarla hüquq-mühafizə orqanlarının bir neçə saatlıq danışıqlarından sonra təqsirləndirilən şəxs girovları tədricən azad edib. Zurabaşvili Gürcüstan Prokurorluğu tərəfindən Gürcüstan Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsin girov götürülməsini nəzərdə tutan 144-cü maddəsinin 2-ci hissəsinin “C” bəndinə əsasən girov götürməkdə ittiham olunur. Təqsirləndirilən şəxsin davranışına əsaslanaraq, cinayət işi baş verən zaman onun ruhi vəziyyətini araşdıracaq bir psixiatriya ekspertizası təyin edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər