Bu gün Gürcüstanda koronavirusa yoluxan 3 958 nəfərin haradan olduqları açıqlandı
“Son 24 saat ərzində 3 958 yeni təsdiqlənmiş virus halı aşkar edilib”.
InterPress.ge xəbər verir ki, bu barədə Qurumlararası Koordinasiya Şurasının Əməliyyatlar üzrə rəis müavini Berdia Sicinava, Hökümət Administrasiyasında keçirdiyi brifinqdə deyib.
O koronavirusla bağlı son statistikadan bəhs edib.
“Bu günə olan məlumata görə, son 24 saat ərzində 3 958 yeni təsdiqlənmiş virus halı aşkarlanıb. Ölkədə Kovid-19 pandemiyasının yayılmasından bəri təsdiqlənmiş halların ümumi sayı 108 690-dır.
Sağalan insanların böyüməsi baxımından hələ də müsbət dinamikanı qoruyuruq. Xüsusilə son 24 saat ərzində 3 531 nəfər sağaldı və sağalmışların ümumi sayı 89 170-ə yüksəldi.
Təəssüf ki, son 24 saat ərzində 36 yeni koronavirus ölümü hadisəsi qeydə alındı. 26 Fevral 2020-ci ildən bəri cəmi 1012 ölüm halı qeydı alınıb”,- dedi Berdia Sicinava.
Onun sözlərinə görə, bu gün aşkar edilmiş 3 958 yeni infeksiya halından paytaxt və bölgələr üzrə göstəricilər belədir: Tbilisi – 2 157, Acarıstan - 417, İmereti - 537, Kvemo Kartli - 190, Şida Kartli - 137, Quria - 78, Sameqrelo –Zemo Svaneti - 159, Kaxeti - 140, Mtçxeta-Mtianeti - 89, Samçxe-Cavaxeti - 40, Raca-Leçxumi və Kvemo Svaneti – 14.


