19 
Nybr
2020
16:38
650

Gürcü Arzusunun üzvü müxalifətə müraciət etdi

"Müxalifətə müraciət edirəm, daha çox cəsarət göstərsinlər, həqiqətlərdən qorxmasınlar və bizimlə sağlam televiziya debatlarında iştirak etməkdən baş qaçırdmasınlar".

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun üzvü Mamuka Mdinaradze qeyib.

“Seçki prosesi haqqında ictimaiyyətə tam məlumat vermək üçün televiziya debatlarında iştirak etməyi müxalifət nümayəndələrinə daha öncə də təklif etdik. “Rustavi-2″ telekanalı belə debatlara ev sahibliyi etməya hazırdır” – dedi Mamuka Mdinaraze.

Onun dediyinə görə, müxalifət debatlarda iştirak etməkdən çəkinir və ictimaiyyətin həqiqətləri bilməməsi üçün müxtəlif səbəblər uydurur.

Onlar eyni səbəbə görə, 1500 məntəqənin səslərinin yenidən hesablanmasından da imtina etdilər.

Yenə bir daha xatırladıram ki, debatlardan imtina etmək tam kapitulyasiya deməkdir və onu göstərir ki, seçkilərdəki pozuntular haqqında iddialar əslində boş sözlər və spekulyasiyadır” – dedi Mamuka Mdinaradze.

Bizimlə əlaqə saxlayın