18 
Nybr
2020
12:10
441

Zurabişvili: "Gürcüstan ABŞ-ın bölgədəki siyasətinin əsas dayağı olaraq qalır"

"Gürcüstan ABŞ-ın bölgədəki siyasətinin əsas dayağı olaraq qalır".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili, ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra deyib.

“Bu görüş, ABŞ və Gürcüstanın bir-birinə nə qədər yaxın olduqlarını, ABŞ-ın Gürcüstana və bölgəyə dəstəyini bir daha təsdiqləyir. Mayk Pompeo-nun səfərinin Fransa və İsrail ilə birlikdə Gürcüstanı da əhatə etməsi, ABŞ-ın yanımızda olduğuna işarədir və bunun üçün Mayk Pompeo-ya təşəkkür edirəm. Pandemiya qarşısında ABŞ-ın iqtisadi dəstək verməsi və gələcəkdə peyvəndləri hazır olan kimi qəbul etməyimiz çox vacibdir. Pompeonun Qarabağ məsələsi və humanitar yardımla bağlı açıqlamaları ABŞ-ın bu sülh prosesində iştirak edəcəyinə işarədir. İşğal olunmuş ərazilər - ən aktual mövzumuzda ABŞ güclü dəstəyini, danışıqlar və sülh prosesini bərpa etməyə və gücləndirməyə hazır olduğunu bir daha təsdiqlədi. Gürcüstan ABŞ-ın bölgədəki siyasətinin əsas dayağı olaraq qalır",-dedi prezident.

Bizimlə əlaqə saxlayın