18 
Nybr
2020
11:59
475

Baş Nazir ABŞ Dövlət katibinə təşəkkür etdi

"Siz bu ölkənin əsl dostusunuz. Strateji tərəfdaşlığımızı dəstəklədiyiniz üçün şəxsən sizə və ABŞ-a təşəkkür edirik, bu, sahib olduğumuz ən vacib ortaqlıqdır".

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.

Baş Nazir ABŞ-Gürcüstan Strateji Tərəfdaşlığının əhəmiyyətini vurğulayaraq qlobal pandemiya dövründə Gürcüstana səfəri üçün ABŞ Dövlət katibinə təşəkkür edib.

"Əlbətdə, ABŞ-a yeni koronavirusla mübarizədə göstərdiyi dəstəyə görə təşəkkür edirəm. Bildiyiniz kimi, yeni koronavirusla mübarizədə çox vacib olan Luqar Laboratoriyası sayəsində uğurlu bir iş birliyimiz var. Hər şeydən əvvəl vurğulamaq istərdim ki, ABŞ xalqı və hökumətinin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyi həqiqətən yüksək qiymətləndiririk. İşğalçı qüvvələr hələ də torpaqlarımızda yerləşdiyindən əraziləri işğal olunmuş ölkəmiz üçün bu məsələnin nə qədər vacib olduğunu çox yaxşı bilirsiniz. Bu strateji tərəfdaşlığın ilk növbədə dəyərlərə - azadlığa, demokratiyaya və təbii ki, ümumi geostrateji maraqlara söykəndiyini bilirik. Bu məsələlərin həll edilməli olduğunu başa düşürük. Mühüm məsələləri müzakirə etmək, ABŞ və Gürcüstan arasında müdafiə və təhlükəsizlik, iqtisadi və demokratik konsolidasiya mövzusunda əməkdaşlığı dərinləşdirmək üçün çox yaxşı bir fürsətimiz var. Sizi inandırmaq istəyirəm ki, həqiqətən əməkdaşlığımızın və tərəfdaşlığımızın möhkəmlənməsi üçün məqamın gəldiyini və ABŞ-ın bu bölgədəki geniş nümayəndəliyini hiss edirik. Bir daha xoş gəlmisiniz və Gürcüstana səfəriniz üçün təşəkkür edirəm",-dedi Qaxaria.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər