18 
Nybr
2020
11:15
713

Bu gün koronavirusa yoluxanların və vəfat edənlərin haradan olduqları açıqlandı

"Bu gün aşkar edilən 3443 yeni yoluxma halından 1318-i Tbilisidə qeydə alınıb".

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyasında keçirdiyi brifinqdə, İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargah rəisinin müavini Berdia Sicinava bildirib.

"Bu gün aşkar edilmiş 3443 yeni yoluxma halından paytaxt və bölgələr üzrə göstəricilər belədir: Tbilisi -1318, Acarıstan - 512, İmereti - 562, Kvemo Kartli - 163, Şida Kartli - 178, Quria - 64, Sameqrelo və Zemo Svaneti - 368, Kaxeti - 85, Mçxeta-Mtianeti - 54, Samçxe-Cavaxeti - 106, Raca-Leçxumi və Kvemo Svaneti - 33.

Son 24 saat ərzində 37 nəfər koronavirusdan vəfat edib. Bunlardan Tbilisidə - 19,Acarıstanda - 9, İmeretidə - 6, Şida Kartlidə - 1, Kvemo Kartlidə - 1 və Samçxe-Cavaxetiyada - 1 nəfər vəfat edib",- dedi Sicinava.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər