Marneulinin mərkəzi Rustaveli küçəsində qəza baş verib.
InterPress.ge xəbər verir ki, Kia markalı avtomobil Toyota markalı avtomobillə toqquşub.
Şahidlərdən birinin hadisə yerində əməkdaşımıza verdiyi məlumata görə, Kia ötmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirərək Toyota markalı avtomobilin arxa hissəsindən vurub.
Xoşbəxtlikdən qəza yüngül olub və xəsarət alan olmayıb.



