Qorinin mərkəzində, Stalin və Çavçavadze küçələrinin kəsişməsində minik avtomobili aşıb.
InterPress.ge xəbər verir ki, avtomobildə yalnız sürücü olub. O, qəzadan sağ-salamat xilas olub.
Qəza ilə əlaqədar olaraq müəyyən bir müddət digər avtomobillər ətraf yollarla hərəkət etməli olublar.
Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.
Qəzanın səbəbləri ilə bağlı istintaq araşdırılır.
