16 
Nybr
2020
19:48
530

Nika Melia ofisinin yandırılması ilə bağlı açıqlama verdi

"Qldaninin üçüncü mikrorayonundakı müxalifətin qərargahlarından biri, Kobiaşvili-Kaladze ilə çox yaxın münasibətdə olan qanuni oğru Nodar Şukakidzenin təlimatı ilə yandırıldı".

InterPress.ge xəbər verir ki, Melia bu barədə jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, iqtidar komandası adı çəkilən bölgədə uduzdu və indi zorakı bir hərəkət edib.

"İndi Birləşmiş Müxalifətin Qldanidəki qərargahlarından birinin qarşısındayam, bura Qldani mahalının üçüncü mikro bölgəsindəki qərargahdı. Bura, biz müxalifətçilərin inandırıcı şəkildə qələbə çaldığımız və Kobiaşvili-Kaladzeni məğlub etdiyimiz bölgədir. Nəticədə revanşist, zorakı hökumət mərkəzi qərargahımızı yandırdı. İndi bu işdə iştirak edən konkret şəxslərin adını çəkəcəyəm - Yunanıstan həbsxanasında olan və Qldani cinayət dünyası ilə sıx əlaqədə olan Kobiaşvili-Kaladze ilə çox yaxın münasibətdə olan qanuni oğru Nodar Şukakidzedir, hansı ki, qardaşı Levan Şukakidze vasitəsilə seçki prossesinə nəzarət edirdi. Bunlar qanuni oğru Nodar Şukakidze və buraya çox yaxında yaşayan Kobiaşvili-Kaladze və Levan Şukakidzedir. Onlar bu bölgədə tamamilə uduzdu və indi zorakılıq hərəkəti ediblər. Mən qanuni oğrulara müharibə elan edirəm!",- dedi Melia.

Bizimlə əlaqə saxlayın