Dizel yanacağı yüklənmiş bir avtomobil, Batumi Neft Terminalının ərazisində alovlanıb. Xilasetmə briqadaları hadisə yerinə cəlb olunub.
InterPress.ge xəbər verir ki, Təcili Yardım Xidmətinin rəsmilərinin dediyinə əsasən yanğın hal-hazırda söndürülüb.
"Dizel yüklü bir vaqon alovlandı, tüstü meydana gəldi, ancaq yanğın hal-hazırda söndürülüb",- Batumi Yanğından Mühafizə Xidmətinin sözçüsü Hüseyn Sirabidze deyib.
Hazırda yanğının səbəbləri məlum deyil.
