02 
Mar
2020
10:28
1157

Gürcüstanın Xarici İşlər Nazirliyi vətəndaşlara çağrış etdi

İtaliya Respublikasının müəyyən bölgələrində koronavirusun (COVID-19) yayılmasının yüksək göstəricisini nəzərə alaraq, Gürcüstan Xarici İşlər Nazirliyi Gürcüstan vətəndaşlarını İtaliyaya, xüsusi ilə də onun şimali hissəsinə getməkdən tərəddüd etməyə çağırır.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.

“Vətəndaşları Lombardiya, Veneto, Emiliya, Romaniya və həmçinin Latsio, Ambrutso, Bazilikata, Kampaniya, Puliya, Kalibtiya, Siciliya, Marke, Friul, Venetsia Culiya Toskana, Piomonte, Boltsano və Liquriyaya səfərdən tərəddüd etməyə çağırırıq. Onu da nəzərə almaq lazımdır ki, müəyyən ölkələr və aviaşirkətlər İtaliya istiqamətinə uçuşların müvəqqəti dayandırılması və ya tezliyin azaldılması barəsində qərar qəbul etdilər. Bu isə, İtaliya istiqamətinə və əksinə uçuşların imkanlarını əhəmiyyətli dərəcədə əngəlləşdirir.

İtaliyada olan Gürcüstan vətəndaşlarını yerli hökumətin göstəriş və zəmanətlərinə riayət etmələrinə çağırırıq. Lazım olduğu təqdirdə Roma şəhərindəki Gürcüstan Səfirliyinin +333 8879123 nömrəli qaynar xətti ilə əlaqə saxlasınlar”, – XİN-də bəyan edirlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər