Marneuli rayonu Sadaxlı kənd ərazi vahidliyinin sakinləri Azərbaycan Ordusunun yardım fonduna 37 min lari köçürdü
Dünən Gürcüstanın Marneuli rayonu Sadaxlı kənd ərazi vahidliyinin sakinləri topladıqları 37000 lari pulu Azərbaycan Silahlı Qüvvələrinə yardım fonduna köçürüblər.
Bu barədə InterPress.ge-yə kənd sakinlərindən m’lumat verilib/
Təşkilatçılardan biri kənd sakini İsmayıl Qurbanovun verdiyi məlumata görə, bu iş xalqın özündən gələn sifariş idi.
“Yardım toplama işini Sadaxlı mədəniyyət evində bir qrup eloğlularla bir həftə öncə elan etdik. Həftə tamamında həm kapanyamız durduruldu həm də eyni günə təsadüf edən böyük qələbə sevinci Ali Baş Komandan tərəfindən elan olundu. O günü elimizdə bayram bayrama qarışdı. Bizə də fərəhli olan budur ki, Sadaxlı eli adına yığılmış 37000 lari Azərbaycan əsgərinə qələbə müjdəsi üçün bir kiçik hədiyyəmiz olacaq. Fürsətdən istifadə edib xalqımızı bu qələbə münasibətilə təbrik edirəm və bunu da əlavə edim ki bizim kənd ərazi vahidliyinin adı ilə toplanmış bu məbləğdə qonşu Zop və Xocerni kəndində yaşayan azərbaycanlıların da payı var. Yardımda iştirak etmiş hər bir kəsə təşəkkür edirik”.


