02 
Mar
2020
09:00
653

ABŞ-da koronavirusdan ikinci ölüm hadisəsi qeydə alındı

ABŞ-ın şimal-qərbindəki Vaşinqton ştatında koronavirusdan ikinci ölüm hadisəsi baş verib.

InterPress.ge RİA “Novosti”yə istinadən məlumatına görə, bu barədə Kinq dairəsinin Səhiyyə Nazirliyi bildirib.

Şənbə günü Vaşinqton ştatının Səhiyyə Departamenti ölkə ərazisində koronavirusdan birinci ölüm hadisəsi haqqında bildirib. Qeyd edilirdi ki, ştatda 50 yaşlı kişi virusdan ölüb. Bundan sonra qubernator Cey İnsli koronavirusun yayılması və ölkədə qeydə alınmış ilk ölümlə əlaqədar ştat ərazisində fövqəladə vəziyyət elan edib.

Məlumata görə, ABŞ-ın Nyu-York və Rod-Aylend ştatlarında da koronavirusa ilk yoluxma hadisələri qeydə alınıb.

“Fox News” telekanalının məlumatına görə, mütəxəssislər koronavirusa yoluxmuş şəxslərdən biri ilə ünsiyyətdə olmuş 40 nəfəri müayinə edirlər.

Bizimlə əlaqə saxlayın