12 
Nybr
2020
14:53
469

Tbilisidə yaşayış binasında yanğın baş verib - VİDEO

Tbilisidə, Tamaraşvili küçəsində yanğın baş verib.

InterPress.ge xəbər verir ki, yanğın yaşayış binasındakı mənzillərdən birində baş verib.

Xilasetmə qrupları yanğını lokallaşdırmağa çalışırlar.

Təcili yardım briqadaları da hadisə yerinə cəlb olunub.

Təcili Yardım Xidmətindən verilən məlumata görə, hadisə yerində bir nəfər kişi cəsədi tapılıb.

Sakinlər yaşayış binasından artıq təxliyyə olunub.


Bizimlə əlaqə saxlayın



Digər xəbərlər