Marneuli-nin fəxri vətəndaşı dünyasını dəyişib
Mahmud Əhmədov Məhəmməd oğlu
Deyirlər ki hər bir insan həyatdaöz taleyini yaşayır .kimisi gördüyü işlərlə əməli ilə xalqını millətini dost-tanışın ən azından ətrafındakıların rəğbətini qazanır.Bu zəhmətin isə dəyərini zaman verir.Zaman hər bir şəxsə öz qiymətini verməyi bacaran müəllim rolunda çıxış edir.Müəllimlərimiz isə hər zaman xoş xatirələr kimi yadda qalır.Mahmud Məhmməd oğlu Əhmədov 1937 ci ildə oktyabırın 4 də Borçalı mahalının Marneuli rayonunun kürüstü keşəli kəndi ailəsində anadan olmuşdur.1944 cü ildə keşəli kənd 8 illik məktəbə daxil olub və oranı bitirdikdən sonra 1954 cü ildə marneuli şəhər orta məktəbinə daxil olub 1957 ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir.Uşaqlıqdan arzusu Azerbaycan tib univeristetinə daxil olub oranı bitirmək idi,lakin kasıb ailə vəzyəti onun bakıya getməsinə imkan verməyib.Nəticədə atasından pulu alaraq tbilisiyə yola düşmüşdür.1957 ci ildə A.S puşkin pedeqoji inustutunun Azerbaycan şöbəsinin Tarix-filologiya fakultəsinə qəbul olmuşdur (indiki İlia univeristedi).1962 ci ildə oranı qızıl diplomla bitirmiş və keşəli kəndindən ilk ali təhsilli müəllim olaraq öz doğma kəndinə müəllim peşəsinə əmək fəalliyətinə başlamışdır.O dövürdə təhsil sisteminin və məktəbin çox acınacaqlı vəzyəti onu həmişə narahat edib.Bu problemlər gənc istedadlı Mahmud müəllimi həmişə narahat edirdi.Nəhayət onun arzusu 1965 ci ildə həyata keçdi işləmək yaratmaq xalqına elinə obasına xeyir vermək arzusu ilə Mahmud müəllimi öz kəndindəki məktəbə direktor təyin edilir.1965-1986 -cı illərdə işlədiyi məktəb direktoru vəzifəsi dövründə 3 mərtəbəli orta məktəbi tikdirib istifadəyə verməyə nail olmuşdur.(indiki keşəli orta məktəbi) 1986-1996 cı illər ərzində (10 il) pedeqoji fəalliyətini doğma məktəbində müəllim peşəsini devam edirmişdir 32 illik pedeqoji əmək fəalliyəti dövründə ictimayi fəalliyətində aktiv işdirak etmişdir.
Keşəli kəndinin Mollalar (ziyalılar) nəslindən olan Mahmud müəllim atası Məhəmməd kişi və babası Molla əhməd baba öz kəndinin dini məsəlləri üzrə o dövür üçün yüksək rütubəli sayılıb seçilən şəxslərdən olmuşdur.1937 ci ildə Molla əhməd babası o dövrün represiya qurbanı kimi sürgün edilmiş bir daha qayıdmamışdır.Və özünündə dediyi kimi Din yolunda getməyinin başlıca səbəbi Molla Əhməd babası olmuşdur. Mahmud əhmədov Məhəmməd oğlu o 32 illik pedeqoji dövründə elimizə obamızı bir çox ali savadlı tələbələri bəxş etmişdir o 8 illik məktəbi 12 ilə çevirən keşəliyə 3 mərtəbəli orta məktəb binasını bəxş etmişdir.O , keşəlinin ilk təhsilli şəxsi kimi yadaşlarda qalmışdır.O, ömrünün son dövründə 2019 cu ilin 31 dekabırında Marneulinin fəxri vətəndaşı adı qazanmış və uğurlarına dəvam etmişdir.Mahmud müəllim sözün əsil mənasında ən fəal səmimi ictimaiyyəçilərmizdəndir. M.Əhmədov işlədiyi vaxtlarında öz çıxışında dəfələrlə qeyd edibki,insan ömrünün dəyəri onun çox yaşamasında deyil,necə yaşamasındadır.Mahmud müəllim çox zəngin həyat məktəbi keçirmişdir.O , milləti üçün olduqca xeyirxah işlər görən çox sadə daim öz üzerinda çalişan axtarışlarda olan faydalı bir şəxslyyət kimi tanınır . Mahmud müəllimin şagirdləri, onu yaxından taniyan həmkarları bu insanın kim olmasına bir menali cavab vermələri yerinə düşərdi . Heç bir çətinlik çəkmadən , yorulma dan çalışan fədakər müəllim ,dövlətinə , xalqına şərəflə xidmət edən əsil vətəndaşdır. 2020 ci ilin 9 noyabır tarixində haqqın rəhmətinə qovuşmuşdur. Allah rəhmət etsin.
Müəllif: Nicat Əhmədov


