Nazirlikdən kommunal xərclərin ödənilməsi ilə bağlı açıqlama verildi
"Sizə dəqiq deyə biləcəyim bir şey varsa, o da kommunal ödənişlərin subsidiyalaşdırılması proqramı başladı və gələn il də davam edəcək. Bu yaxşı bir proqramdır, yaxşı bir yardım paketidir".
InterPress.ge xəbər verir ki, bu barədə Ivane Maçavariani hökumət iclasından sonra deyib.
Maliyyə nazirinin sözlərinə görə, proqram artıq gələn ilin büdcəsinə də daxil edilib.
"4 ayı əhatə edir - noyabr, dekabr, yanvar və fevral. Nəticə olaraq, gələn il bu yardım kompensasiya paketlərinə daxil olacaq. Yaxın gələcəkdə sizə digər sosial və biznes dəstək tədbirləri barədə məlumat verəcəyəm",- dedi Maçavariani.
Qeyd edək ki, kommunal xərclərin ödənilməsinə noyabr ayından etibarən başlanılıb.
Xatırladaq ki, 200 kilovata qədər işığı və 200 kubmetrə qədər təbii qazı hökumət ödəyəcək. Maddi imkanlı şəxslər bu yardımdan imtina edə bilərlər. 200 kilovatdan və ya kubmetrdən artıq işlədən vətəndaşlar isə bütün xərci özləri ödəməli olacaq.
INTERPRESS.GE


