"Gürcüstanda aşkar edilmiş 3120 yeni koronavirus halından 1033-ü Tbilisidə, 502-si Acarıstanda, 517-si İmeretidə qeydə alınıb".
InterPress.ge xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəisi Aleksandr Xocevanişvili deyib.
"Kvemo Kartlidə - 192, Şida Kartlidə - 126, Quriada - 95, Sameqrelo - Zemo Svanetidə - 332, Kaxetidə - 100, Mçxeta-Mtianetidə - 107, Samçxe-Cavaxetidə - 95, Raca-Leçxumi və Kvemo Svanetidə isə - 21 yeni yoluxma halı aşkar edilmişdir",- dedi Xocevanişvili
